Həmişə zirvələrdə dalğalan, bayrağım

9 Noyabr-Azərbaycan Dövlət Bayrağı Günü liseyimizdə fəxrlə qeyd olundu. Liseyin akt zalında dil - ədəbiyyat müəllimi İ. Cabbarovanın , musiqi müəllimi T. Rəsulovanın təşkilatçılığı və şagirdlərimizin iştirakı ilə ədəbi -bədii kompozisiya keçirildi. Şagirdlərimiz bayrağımıza həsr olunmuş şeirlər, mahnılar, rəqslərlə tədbirdə çıxış etdilər. C. Cabbarlının “Azərbaycan bayrağına” şeirinin 9A sinif şagirdi B. Əlinin yüksək pafosla ifası ilə bayrağımız səhnəyə gətirildi. Bayrağımızın şəninə qoşulmuş misralar, nəğmələr tədbir iştirakçılarına qürur, fəxr dolu anlar yaşatdı.