Müstəqilliyimizin 27 - ci ildönümü

            1991 – ci il oktyabrın 18 – də Ali Sovetin sessiyasında imzalanan tarixi sənədin -  Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsindən 27 il ötür. Həmin tarixi günün ildönümünə həsr olunmuş liseyimizdə xüsusi dərslər keçirildi. Tarix, Azərbaycan dili, musiqi dərslərində müstəqillik tariximizin şanlı səhifələri vərəqləndi. Liseyin tarix müəllimi G. Abidi bugünkü müstəqil dövlətimizin 1918 – 1920 – ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasından, ümumxalq referendumu ilə 6 fəsil, 32 maddədən ibarət Konstitusiya aktının imzalanmasından, müstəqilliyin bərpasından sonra dövlət bayrağımız, himnimiz və gerbimiz haqqında qanunların qəbul edilməsindən danışdı. Dərsdə slaydlar göstərildi, müzakirələr, şagirdlərin maraqlı fikirləri, diskussiyası oldu. Heydər Əliyevin " Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan çətin olduğu"  fikirlərini vurğulayan şagirdlərimiz müstəqil dövlətin azad vətəndaşları kimi qürur duyduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi