Şagirdlərimiz təhsil sərgisində

        Bakı Ekspo Mərkəzində 12 – ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi təşkil olundu. Sərgidə liseyimizin bir qrup şagird və müəllim kollektivi də iştirak etdi. “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcüd  təhsil imkanları təqdim olunub. Sərgidən həm şagirdlərimiz,  həm müəllimlərimiz faydalanmışlar. Təhsil Nazirliyi tərəfindən “Olimpiadalara hazırlıq mərkəzi”, “ Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil”, “Sabah qrupları”, “ Sağlam Təhsil” – Sağlam millət”, “Məktəblinin dostu”, “Media Mərkəz – Təhsil TV” və s, mövzularda çoxlu stendlər nümayiş olundu. Müəllimlər üçün “ Öyrətmək ustalığı”, Olimpiada hazırlığı” Təhsildə kommunikasiya vasitələrinin səmərəli istifadəsi, “Sağlam təhsil – sağlam millət” layihələrinin stendləri, təqdimatları daha maraqlı oldu. Şagirdlərimiz sərgidə təşkil olunan yarışmalarda iştirak etdilər. Onlardan Ə. Minayə qalib olaraq hədiyyə qazandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi