İlk dərsin adı - Vətən

2018 -2019 – cu dərs ili ilk dərslərinə himnin oxunması ilə başladı. Təhsil naziri C. Bayramovun “Ümumi təhsil sahəsində 2018 – 2019 – cu ilinin prioritet fəaliyyət istiqamətləri barədə “ əmrində qeyd olunduğu kimi ibtidai siniflərdə “ Vətənim Azərbaycan “; V – IX siniflərdə“ Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X – XI siniflərdə “ Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olundu. 9 A sinifində liseyin dil - ədəbiyyat müəllimi İ. Cabbarova Ana dili dərsində şagirdlərin atributlar haqqında bu günə qədər olan bilikləri müzakirə olundu. Slaydlarda atributların tarixi, ifadə etdiyi mənaları əks olundu. Ədəbiyyat və Azərbaycan tarixi fənlərinə inteqrasiya edildi.Bədii nümunələrlə şagirdlər C. Cabbarlı, Əhməd Cavad yaradıcıllığına, Ü. Hacıbəyovun musiqi sənətinə müraciət olundu. 8 A sinifində isə Azərbaycan tarixi dərsini S.Allahyarova” Dövlət Rəmzləri – müstəqilliyimizin simvolu” mövzusunda keçirdi. Dövlət rəmzlərinin tarixi, təsisi, əhəmiyyəti dərsdə ətraflı təhlil olundu.İbtidai siniflərdə “Vətənim Azərbaycan”,X – XI siniflərdə “ Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularında dərslər böyük maraq və həvəslə keçirildi