Bilik Günü keçirildi

15 sentyabr- Bilik Günü liseyimiz öz qapılarını şagirdlərinə, müəllim və valideynlərin üzünə açdı. “Bilik Günü” tədbirimiz başladı. Tədbirdə qonaqlar, məzunlar, liseyin şagird, müəllim kollektivi bu günü sevinc və həyəcanla gözləyən birincilər, onların valideynləri iştirak edirdilər. Birincilərin tədbiri rəngarəng şeir və mahnıları ilə daha da yadda qalan etdilər. Tədbirin sonunda liseyimizin direktoru Aynurə xanım Hacıyeva müəllim və şagirdləri təbrik etdi, liseyimizin ötən ilki uğurlarından söz açdı. Bu il məzun olacaq on birincilərə və liseyə yeni qədəm basan birincilərə daha böyük uğurlar arzuladı, ilk zəngi çalmaq üçün XI sinif şagirdi və I sinif şagirdini dəvət etdi. XI sinif şagirdi Əliyev Murad simvolik olaraq bilik açarını I sinif şagirdinə təqdim etdi. İlk zəngin sədaları ilə birincilər sinif otaqlarına daxil oldular. Tədbirimiz vətənpərvərlik mövzusunda mahnılarla sona çatdı.
.