Son zəng səsləndi

 

14. 06. 2018-ci il  tarixdə liseyimizdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə liseyin müəllim və şagird kollektivi, qonaqlar, valideynlər iştirak etdi. İlk çıxış edən , məzunları təbrik edən liseyin direktoru Aynurə Hacıyeva təhsildə liseyin ictimai işlərində, nizam-intizamında fərqlənin 11-cilərə diplomlar təqdim etdi. Məzunların bir – birindən rəngarəng rəqsləri, mahnıları, şeirləri, ürək sözləri birincilərin çıxışları ilə həmahəng oldu. Tədbirdə ötən il liseyi fərqlənmə attestaı ilə bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olan Səlbi Allahverdiyeva, valideynlər və qonaqlarımız çıxış etdilər, məzunlara xoş arzularını bildirdilər. Sonda məzunlardan Qarayev Nizami rəmzi bilik açarını 1-ci sinif şagirdi Əliyev Murada verdi, son zəng çalındı. Son zəngin sədaları ilə tədbir başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi