Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu

11. 06. 2018 – ci il tarixdə 9”A” sinifində tarix müəllimi S. Allahyarova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu mövzusunda təqdimat keçirdi. Dərsdə “Azərbaycan Xalq Cümhuriyyətinin” yarandığı dövrün xüsusiyyətləri, görülən işlər, fəaliyyət sahələri haqqında geniş disskusiya oldu. Şagirdlər Cümhuriyyətin yaradıcılarına aid hazırladıqları materialları təqdim etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin hökümət kabinetinin həyata keçirdiyi iqtisadi – sosial dövlət quruculuğu və mədəni tədbirləri haqqında ətraflı məlumat verdilər. Cəmi 23 ay fəaliyyət göstərən gənc dövlətin 20-ci əsrin ən mürəkkəb zamanında atdığı ən mühüm addımlar, Paris sülh konfransına nümayəndə heyətinin göndərilməsi, qadınlara səs hüququnun verilməsi sərhəd dövlətlərlə iqtisadi əlaqələrin qurulması dərsin gedişındə xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi