Müstəqil Azərbaycanımızın övladlarıyıq

08. 06. 2018 – ci il tarixdə liseyimizdə “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir” adlı ədəbi – bədii kompozisiya keçirildi. Liseyin ibtidai sinif müəllimi E. Kərimova, G. Hüseynovanın təşkilatçılığı ilə 9”A” və 4”A” sinif şagirdlərinin hazırladıqları tədbirdə müəllim və şagird kollektivimiz, valideynlər iştirak edirdi. Şagirdlərin ifasında rəngarəng mahnılar, rəqslər, şeirlər dinlənildi. Cümhuriyyətimizin şanlı tarix səhifələri dördüncülərin dili ilə vərəqləndi. Yeni qurulan Cümhuriyyətimiz beşikdəki körpə kimi təsvir olundu.O körpəni anasından ayıran, çörək verdiyi, nemətilə bəslədiyi qonşuları oldu. İtirilmiş müstəqilliyimizi yenidən qazanmaq üçün igid oğullar silaha sarıldılar.H.Əliyevin Azərbaycan rəhbərliyinə  qayıdışı, müstəqilliyimizin yenidən bərpasından qürurla danışıldı. Qarşıdan gələn Milli Qurtuluş Günü,Milli Ordumuzun yüzilliyi fəxrlə qeyd olundu. 9”A” sinif şagirdi Z. Qalibin və 4 – cü sinif şagirdlərinin ifasında “Ana, əsgər gedirəm” mahnısı ilə əsgər oğullarımız xatırlandı. Tədbirin sonunda 4”A” sinif şagirdi E. Huseynov C. Cabbarlının “Azərbaycan bayrağına” şeirini ifa etdi və bayrağımız səhnəyə gətirildi. Tədbirə “Azərbaycan Xalq Cümhuriyyət ili” milli özünüdərkin gerçəkləşməsi, milli – mənəvi dəyərlərimizə, tarixi keçmişimizə, bu günümüzə olan münasibətimizdir" fikirlərilə yekun vuruldu.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi