Gələcəyin cəsur əsgərləriyik

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyi münasibətilə liseyimizdə hərbi  idman yarışı keçirildi.Himnin oxunması ilə başlayan tədbir liseyin hərbi rəhbəri C. Carçıyevin başçılığı və 9”A”, 10”A”,  10”C”, sinif şagirdlərinin iştirakı ilə dörd mərhələ üzrə planlaşdırılmışdı.Sıra hazırlığı, estafet yarışı,ilk tibbi yardım – zəhərlənmiş ərazidən yaralını əlehqaz geyindirməklə  çıxarılması, atəş hazırlığı – avtomatin sökülüb yığılması iştirakçılar tərəfindən böyük coşqu ilə həyata keçirildi. Yarışda üç komanda: “Qarabağ” “Mübariz” və “ Boz Qurdlar” komandaları iştirak edirdi. Oyunlarda ” Boz Qurdlar” daha yaxşı nəticə göstərərək birinci yerin qalibi seçildi, rəhbərlik tərəfindən kubok və diplomla mükafatlandırıldı. Digər komandalar da diplomla təltif olundular.Yarışı azarkeşlərin komandaları dəstəkləyən alqışları, şagirdlər tərəfindən oxunan hərbi marşlar və vətənə aid nəğmələr daha da canlandırdı. Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaranmasının yüzilliyini  gələcəyin əsgərləri olan şagirdlərimiz yüksək vətənpərvərlik hissi ilə qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi