Vətənimizin tərəqqisi üçün öyrənirik

            Cümhuriyyətin yüzilliyi  münasibətilə liseyimizdə silsilə tədbirlər keçirilir. Açıq dərslər, dəyirmi masa, sənədli filmlərin nümayişi, rəsm, inşa, şeir müsabiqələri, bilik yarışmaları, təqdimatlar təşkil olunur.24. 05. 2018 ci il tarixdə liseyin fizika müəllimi Gülyanaq Hüseynova və musiqi müəllimi Təranə Rəsulova təşkilatçılığı ilə şagirdlərimizin fizika fənninə aid ədəbi – bədii gecəsi keçirildi. Həm bilik yarışması, maraqlı səhnəciklər, həm də  şeir və mahnılar şagirdlərimiz tərəfindən böyük həvəslə nümayiş olundu. Uşaqların apardığı təcrübələr, sual cavab oyunu, canlandırdıqları obrazlar onların fizika fənninə olan böyük marağını göstərdi. Tədbiri daha rəngarəng edən şagirdlərimizin vətənpərvər mahnıları oldu. İştirakçılar həm elmi, həm bədii, həm də əyləncəli kompozisiyadan hədsiz zövq aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi