Nağıl - səhnəciklər

Liseyimizdə oxu vərdişlərinin formalaşması, bədii qiraətə marağın oyanması ibtidai siniflərdən başlayır. Şagirdlərimiz oxuduqları əsərlərdə obrazların daxili aləminin, hiss və duyğularının təsvirinə xüsusi diqqət yetirirlər. Oxu dərslərində rollar üzrə oxuya, bədii əsərin müəyyən parçalarının səhnələşdirilməsinə şagirdlər böyük maraq göstərirlər. 1"A" sinifinin şagirdləri “Tıq – tıq xanım” nağılını, 7"A" sinifi isə Qrim qardaşlarının “Ağca xanım və yeddi cırtdan” nağılını alman dilində səhnələşdirdilər. Nağıllardakı obrazlar uşaqların dili ilə danışdı. Səhnəciklər maraqla izləndi.