Sən elə bir zirvəsən

Ulu Öndər H.Əliyevin anadan olmasının 95 illiyi liseyimizdə böyük həvəslə keçirildi: May ayında bu münasibətlə liseyimizdə müxtəlif silsilə tədbirlərə start verildi: inşa, rəsm, şeir müsabiqələri “Şahinlər” hərbi idman oyunları keçirildi. Divar qəzetləri, bülletenlər, fotostendlər hazırlandı. Keçirilən bütün tədbirlərə “Sən elə bir zirvəsən” adlı ədəbi – bədii kompozisiya ilə yekun verildi. Ümumimilli liderin həyatının yaddaqalan anları, keçdiyi şərəfli ömür yolu, xalqımızın şanlı tarix səhifəsində mütərəqqi uğurları vidioçarxlarla əks olundu. Onun haqqında yazılmış bədii əsərlərdən seçmələr, mahnılar, söylədiyi hikmətli kəlamlar şagirdlərimizin tərəfindən yüksək pafosla ifa olundu.Tədbirlin sonunda müsabiqə və oyunlarda iştirak edən şagirdlərimiz liseyin rəhbərliyi tərəfindən təşəkkürnamələrlə və diplomlarla təltif olundu