Oxu günü

26.04.2018-ci il tarixdə H. Əliyev Mərkəzində “Oxu Günü” keçirildi. Tədbir açıq havada Mərkəzin qabağında təşkil olunmuşdu. Bakı şəhəri üzrə ümumitəhsil məktəblərinin şagirdləri bədii əsərlərdən seçilmiş müxtəlif parçaları səhnələşdirmişdilər. Şagirdlərin ifasında N. Gəncəvinin, H. Cavidin, C. Məmmədquluzadənin, S. Vurğunun və s. Həm Azərbaycan həm, dünya klassiklərinin əsərlərindən parçalar göstərildi. Səhnəciklər geniş tamaşaçı və oxucu kütləsi tərəfindən maraqla qarşılandı. Liseyimizin müəllim və şagirdləri tədbirdə ziyarətçi kimi iştirak etdilər.