Şagirdimiz qalib oldu

24 aprel 2018-ci il tarixdə liseyimizin 9a sinif şagirdi Əlisoy Minayə Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət və İncəsənət Nazirliyinin dəstəyi ilə keçirilən inşa müsabiqəsinin qalibi oldu. “Qəlbinin nurunu gözlərə verən insan” mövzusunda yazdığı inşada Zərifə xanım Əliyeva həm dəyərli, əvəzsiz oftalmoloq alim, həkim qayğıkeş ana, güclü qadın,vəfalı həyat yoldaşı kimi bədii dillə, zəngin epitet və təşbehlərlə, lirik şeir parçaları və sitatlarla təsvir etmişdi. Şagirdimiz Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldı.