Oxu günü

Beynəlxalq Oxu Günü ilə əlaqədar olaraq liseyimizdə yazıçı Əli Əkbərin ” Gilə” hekayəsinin müzakirəsi keçirildi .Əsərin müzakirəsinə başlamazdan əvvəl bədii qiraətin əhəmiyyətindən, üstünlüklərindən ,insan həyatına təsirindən söhbət açan 8a sinfinin şagirdləri fikirlərini müxtəlif əsərlərdən gətirdikləri arqumentlərlə əsaslandırdılar.
Şagirdlər Əli Əkbərin həyat və yaradıcılığından söhbət açdılar, əsərləri haqqında məlumat verdilər. ”Gilə “ hekayəsinin vətənpərvərlik mövzusunda yazılan əsərlər sırasında müstəsna mövqeyə malik olduğu qeyd olundu .Şagirdlər hekayənin baş qəhrəmanı olan Əşrəfə müxtəlif mövqedən yanaşdılar Onu vətənə qayıtmamaqda qınayanlarala yanaşı haqq qazandıranlar da oldu .Qızğın müzakirə əsnasında Əşrəfin bacısı Gilənin ölümündə özünü günahkar bilərək yurduna dönməməsini və ömrünün sonuna qədər vətən həsrətilə yanıb –tutuşmasını birmənalı qarşılamadılar.