Novruz Milli-mənəvi dəyərimiz

Novruz bayramı liseyimizdə xalqımızın milli adət-ənənələrimizə uyğun qeyd olundu. Şagirdlərimizin hazırladığı bayram süfrələri, novruzun atributları, geyim və bəzək əşyalar, milli məişət əşyalarımızla bəzədilmiş liseyimiz əsl bayram ab-havasını yaşasdı. Kosa, Keçəl, Bahar qız, Ozan və liseyimizin şagirdlərinin bahar ətirli nəğmələri bayram tədbirimizə rəng qatdı. Bayram şənliyində balaca fidanlarımız milli rəqslərilə tədbirə qatıldılar.