Mülki Müdafiə Günü

1 mart- Beyəlxalq Mülki Müdafiə Günü münasibətilə liseyimizdə tədbir keçirildi. Həyəcan siqnalı verildi. Zəlzələ təhlükəsilə bütün şagirdlər müəllimlərlə birgə duzulərək sinifləri tərk etdilər və iti addımlarla liseyin həyətində təyin olunmuş yerlərdə düzüldülər. Sinif rəhbərləri tərəfindən şagirdlər adbaad yoxlanıldı, sonra uşaqlar foyedə hazırlanmış Mülki Müdafiə Günü ilə əlaqədar stendin önünə toplandılar. Müəllimlərdən bəziləri çıxış etdilər. Liseyin hərbi rəhbəri Cəlal müəllim əleyhqaz haqqında danışdı, sonra liseyin həkim və tibb bacısı ilk tibbi yardımın göstərilmə qaydasını izah etdilər.