Qəhrəmanımız örnəkdir

Mübariz İbrahimov 1988- ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994- cü il şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağırılmışdır. Adıda qəhrəmanlığına uyğun seçilib. Mübariz İbrahimov öz şücaəti ilə sübut etdi ki, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi əbədidir. Bizim oğullar doğulandan mübarizləşir. 07. 02. .2018- ci il tarixdə liseyimizin müəllim və şagird kollektivi II Fəxri xiyabanda Mübariz İbrahimovun qəbrini ziyarət etdilər, dualar oxuyub, çiçəklərlə şəhid olmuş qəhrəman oğulların ruhunu yad etdilər.