Dövlət Bayrağının tarixi

Bu gün 16 nömrəli Texniki-Humanitar liseydə “Dövlət Bayrağının tarixi” mövzusunda tədbir keçirildi. Liseyimizdə çıxış edən Azərbaycan Dövlət Bayrağı Muzeyinin əməkdaşları bayrağımızın tarixi, bu günümüzəcən keçib gəldiyi şərəfli yol haqqında mühazirələr söylədilər, slaydlar göstərildi. Tədbirdə iştirak edən məktəblilərimiz də fəallıq nümayiş etdirdilər, bayrağımızla bağlı tarixi faktlardan zəngin məlumat əldə etdilər.