"Ədəbiyyat biliciləri" müsabiqəsi

16 nömrəli Texniki-Humanitar liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb turu keçirildi. Mütəmadi kitabxanaya gedən, Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan, müxtəlif əsərləri mütaliə edən lisey şagirdləri 10 sualdan ibarət sorğunu cavablandırdılar. Məktəb turundan uğurla keçən şagirdlər Kazımov Əli, Murtuzəli Leyli, Abdulla Aqşin və Ələsgərova İzafət şəhər mərhələsində iştirak etmək hüququ qazandılar.