Yüngül atletika üzrə Bakı birinciliyinin qalibi

Yüngül atletika - dünyanın ən qədim idman növlərindən biridir.Yüngül atletika özündə qaçış idman növlərini,idman yerişini,tullanmalar və atmaları,coxnövçülük və krossu birləşdirir.Yüngül atletika üzrə yarışlar üstüaçıq stadionlarda,qış fəslində isə qapalı stadionlarda (manejlərdə) keçirilir.Yüngül atletika üzrə ilk Dünya çempionati üstüaçıq stadionlarda 1983-cü ildən,qapalı stadionlarda isə 1985-ci ildən keçirilməyə başlamışdı.Yüngül atletika üzrə ilk Avropa çempionatı üstüaçıq stadionlarda 1934-cü ildən,qapalı stadionlarda isə 1966-cı ildən kecirilir.Liseyimizin şagirdi Əsədullayev Hüseyn Samir oğlu artıq bir neçə ildir ki, yüngül atletika ilə məşğul olur. Bakı birinciliyi uğrunda keçirilən yarışda fəal iştirak edərək birinci yerə layiq görülmüşdür. 4-cü sinif şagirdi olan Hüseynin nəticələri hamımızı sevindirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi