3:a sinfinin "Bayraq günü"nə həsr etdiyi tədbir

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir. Bu münasibətlə liseyimizin 3:a sinif şagirdləri ilə "Bayraq günü"nə həsr edilmiş tədbir keçirildi. Tədbiri Azərbaycan himni ilə açan şagirdlərimiz bayrağa həsr edilmiş mahnılar, şerlər səsləndirdilər. 3:a sinifinin sinif rəhbəri Elza Səmədova bayrağın tarixcəsi barədə təqdimatlar nümayiş etdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi