2014-2015 ci ili də belə başa vurduq.

Dərs qurtardı, bu da son zəng, son səda,Uşaqlıq da belə ötdü, ötüşdü.O qıza bax, yaman düşüb bir oda,Bu gün artıq gəncliyiylə görüşdü.Oğlana bax, baxışıyla Koroğlu,Səngər boyu Ana Vətən gözləyir.Bir ona bax, Aya qalxan Yer oğlu,Hər pərdəni ilmə-ilmə izləyir.Böyük sevinclə, bəslədiyi ümidlərlə, qurduğu xəyallarla, ürəyində baş qaldıran arzularla övladının əlindən tutub məktəblərdə ilk zəngi səbirsizliklə gözləyən valideynlər, indi həmin körpə balaların əziz bayramına yığışıblar. Bu gün 11 il gözlənilən Son zəng çalınır. Bu gün məzunlarımız çox həyəcanlıdır. Onlar uşaqlıq illərinə son qoyub yeni həyata –gənclik həyatına qədəm qoyurlar. Bu yolda məzunlarımıza uğurlar arzulayır, ümid edirik ki, qarşıda gələn Abuturiyent imtahanında liseyimizin adını uca tutacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi