I yarımilin yekunlarına həsr olunmuş Pedaqoji şuranın iclası keçirildi.

13.02.2025-ci il tarixdə 2024-2025-ci tədris ili üzrə Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclası giriş sözü ilə açan liseyin direktoru Ülviyyə İsmayılova I yarımildə liseyin fəaliyyət planına əsasən görülmüş işlərdən bəhs edərək, II yarımil üzrə qarşıda duran vacib məsələlər barədə məktəb kollektivini məlumatlandırdı. Həmçinin RFO yarımfinal turuna vəsiqə qazanan şagirdlərin siyahısını elan etdi. Liseyin təlim və tərbiyə işləri üzrə direktor müavini Könül Ağalıyeva BSQ nəticələri haqda məlumat verdi. Daha sonra məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Aytac Salahova liseyin fəaliyyət planına əsasən keçirilmiş tədbirlərdən, oktyabr, noyabr və yanvar aylarında liseydə təşkil edilən "Təhlükəsiz məktəb mühiti" adlı tədbirdən bəhs etdi. Sonda liseyin psixoloqu Şövkət Quliyeva yarımil üzrə gördüyü psixoloji tədbirlərdan danışdı.