"Doğma yurdum Azərbaycan" və "Nağıllar aləmində" - Qrup işi

"Doğma yurdum Azərbaycan" və "Nağıllar aləmində" - Qrup işi
Ədəbiyyat dərslərimizdə şagirdlərin böyük maraq göstərdiyi sahələrdən biri layihələr üzərində işdir. Liseyin azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarovanın 5 L sinfiylə hazırladığı növbəti layihə "Doğma yurdum Azərbaycan" və "Nağıllar aləmində" oldu. Hər qrup öz marağına uyğun mövzunu seçib layihə işini təqdim etdi. Şagirdlər əvvəlcə mövzuya uyğun mətn tərtib edib həmin mətnə musiqi əsəri müəyyənləşdirmişdir. Layihəni təqdim etmək üçün öz aralarından nümayəndə seçmişdilər. Mahnını da qrup üzvlərindən olan Uğur ifa etdi. Onun ifası şagirdləri cuşa gətirdi.
"Nağıllar aləmində" layihəsini hazırlayan uşaqlar müxtəlif nağıl qəhrəmanlarının şəkillərini çəkib maraqlı kompozisiya yaratmışdılar. Xəyalən həmin qəhrəmanlarla görüşmüş, öz arzu-istəklərini bədii obrazlarla bölüşmüş, bu haqda hekayə yazmışdılar.