Gül bayramı

2004 ildən başlayaraq, hər il 10 may tarixində Azərbaycanda Gül Bayramı keçirilir – bu bayram Respubikanın ümummilli lideri Heydər Əliyevin ad gününə həsr olunur. Bu bayramda bütün gün tədbirlər keçirilir – gül ekspozisiyaları təqdim olunur, asfaltda şəkillər çəkilir, uşaq musiqi kollektivləri çıxış edirlər. Gül bayramı ərəfəsində bir sıra silsilə tədbirlər keçirilir.Bu tədbirlərdən biri də 01.05.2015-ci il tarixində Nəsimi rayon İcra hakimiyyətinin təşkil etdiyi Nəsimi rayon məktəbləri arasında Zogi bağında keçirildi. Bu il də liseyimiz tədbirə xüsisilə hazırlaşmışdılar. Onlar olimpiadanın loqosu olan “Ceyran” və “Nar” formasında gül ekspazisiyaları, baharın gəlişini təmsil edən “Yeni çiçəklənmiş ağac”, milli naxışımız olan güllərdən hazırlanmış “Buta” və yeniyetmə rəssamlarımızın çəkdiyi “Gül rəsimləri”ni nümayiş etdirdilər. Yalnız əyani vəsait deyil , həmçinin liseyimizin ibtidai sinif şagirdləri “Canlı gül obrazları” yaradaraq tədbirə xüsusi rəng qatdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi