5L sinfi Qız qalası, Şirvanşahlar sarayı və Miniatür Kitab Muzeyində

5L sinfi Qız qalası, Şirvanşahlar sarayı və Miniatür Kitab Muzeyində

01.05.2024-cü il tarixdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində sinif rəhbəri İlhamə Cabbarova 5L sinfi ilə Qız qalası, Şirvanşahlar sarayı, Miniatür Kitab Muzeyinə ekskursiya ediblər.

Bələdçi şagirdləri Qız qalasının inşası, tarixi haqqında, eləcə də qala üzərindəki bəzi xarakterik işarələr və astronomik ölçülərin uyğunluğu, tarixi dövrdə qaladan rəsədxana kimi istifadəsi barədə məlumatlandırıb.

Daha sonra şagirdlər Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgah-Şirvanşahlar sarayında xalqımızın tarixi keçmişinə səyahət edib və memarlığın gözəlliyindən mənəvi zövq alıblar.

Dini mövzuda, rus, sovet və xarici ölkələrin klassikasının əks etdirildiyi Miniatür Kitab Muzeyində isə şagirdlər 44 günlük Qarabağ müharibəsinə həsr edilmiş "Qarabağ Azərbaycandır" adlı xüsusi guşə ilə yaxından tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi