Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirildi

26.04.2024 - cü il tarixdə liseyin azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarovanın təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş tədbir keçirildi. İlk öncə 8A sinif şagirdi Aydan Abdullayeva Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə məlumat verdi. 7C sinif şagirdləri Əliyeva Hüsna "Etməzmidim" və Abdullazadə Leyla "Söz" qəzəlini səsləndirdilər. Daha sonra 5L sinif şagirdləri görkəmli şairin “Meyvələrin söhbəti” əsərindən ilhamlanaraq hər biri meyvə və tərəvəz obrazında çıxış edərək öz bacarıqlarını nümayiş etdirdilər. Şagirdlərin obrazlı çıxışları tədbir iştirakçıları tərəfindən bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi