6A sinfi Dənizkənarı Milli Parkda

30.04.2024-cü il tarixdə liseyin coğrafiya müəllimləri Quliyeva Solmaz və Gürşadlı Nuranə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 6A sinif şagirdləri ilə Dənizkənarı Milli Parkda ekskursiyada olublar.

Ekskursiyanın əsas məqsədi yarımsəhra quru çöl iqlimi şəraitində Abşeron yarımadasında yaşıllıqların artırılması üçün əhəmiyyətli olan ağac növləri ilə tanışlıq, onların Abşeronda havanın oksigenlə zənginləşdirilməsində, əhalinin istirahətinin təşkil edilməsində, havanın temperaturunun aşağı salınmasında rolunu əyani öyrənmək olmuşdur. Eyni zamanda ərazidə olan xaricdən gətirilmiş və Abşeronun iqliminə uyğunlaşmış bitkilərlə tanışlıq şagirdlərdə maraq doğurmuşdur.

Ekskursiya zamanı şagirdlər COP-29 sammiti haqqında məlumatlandırılmış və hazırda paytaxt və digər regionlarda bu sammit çərçivəsində təşkil olunan tədbirlərdən bəhs olunmuşdur.

Ekskursiya şagirdlərin böyük marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi