Yaşıl Dünya bizim gözümüzdə”

29.04.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl Dünya bizim gözümüzdə” adlı tədbir keçirildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakultəsinin təcrübəçi tələbələrinin təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə liseyin 7A sinif şagirdləri Məhəmmədəli Mayılov və Həmzə Süleymanov “Masaüstü oyun”, 7C sinif şagirdi Gül Şirin “İp qədər nazik, amma birləşdirici”, 7L sinif şagirdləri Ülkər Əzimzadə və Məhəmməd Nuruzadə “Ekoloji gəmi”, 8A sinif şagirdi Aydan Abdullazadə “Çiçəkli qəlblər”, 8L sinif şagirdi Nəzakət Şükürlü “Yedim, içdim, amma tullantı etmədim”, 9A sinf şagirdləri Fidan Səfərova və Tələt Musayev “Yaşadığımız deyil, yaratdığımız evlər”, 9C sinif şagirdləri Raul Mayılzadə və Malik Əlizadə “Gələcəyə yaşıl bir yol” adlı təqdimatlarla və hazırladıqları əl işləri ilə çıxış ediblər. Daha sonra şagirdlər “Dərman bitkilərinin söhbəti” səhnəciyini canlandırıblar.

Sonda şagirdlərə tədbirdə iştirak etdikləri üçün təşəkkürnamə təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi