Pedaqoji şura iclası keçirildi

Pedaqoji şura iclası keçirildi

26.04.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseyin Fəaliyyət planına uyğun olaraq Pedaqoji şura iclası keçirildi. Liseyin direktoru Ülviyyə İsmayılova ilk öncə müəllimləri salamladı . Daha sonra Pedaqoji şuranın gündəliyində duran məsələlərlə bağlı müəllimləri məlumatlandırdı. IX-XI siniflər üzrə buraxılış imtahanının nəticələrini qeyd edərək orta hesabla liseyin bu ilki nəticələrinin qənaətbəxş olduğunu, riyaziyyat fənni üzrə nəticələrin yüksəldiyini qeyd etdi.

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Aytac Salahova çıxış edərək liseydə normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyə uyğun aparılması üçün görülən işlərdən danışdı. Beləki həftənin 3-cü günü liseyin təhlükəsizliyi ilə bağlı monitorinq, sorğular keçiriləcəyi və sinif rəhbərlərinin hesabatları dinləniləcəyi haqda məlumat verdi.

Liseyin psixoloqu Şövkət Quliyeva "Təhlükəsiz məktəb" layihəsi üzrə planlaşdırmış olduğu işlərdən danışdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi