İngilis dilində şeir müsabiqəsi keçirildi

Liseydə mütəmadi keçirilən şeir müsabiqələrindən biri olan İngilis dilində şeir müsabiqəsində şagirdlər maraq və həvəslə iştirak etdilər. Müxtəlif mövzulara aid seçilən şeirlərin səsləndiyi müsabiqənin məqsədi şagirdlərdə xarici dilə maraq yaratmaq və bu dilə olan bacarıqlarının inkişaf etdirilməsinə təkan verməkdir. İngilis dili müəllimlərindən ibarət münsiflər heyəti sonda qalibləri müəyyən etdilər. Qaliblərə təltifnamələr verildi.