Mülki Müdafiə Günü qeyd olundu

        Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.

Şagirdlərdə müki müdafiə sahəsində fikir formalaşdırmaq məqsədilə liseyimizdə bu günə xüsusi dərslər həsr olundu. Dərslərdə öz həyat fəaliyyətini müxtəlif situasiyalarda davam etdirmələri üçün şagirdlərə təlimatlar verildi. Yanğın zamanı əlehqazdan istifadə, fərdi yanğınsöndürücü alətin funksiyaları kimi məqamlara toxunuldu. Fəaliyyətə şagirdlərin də cəlb olunması onların marağını daha da artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi