idman həftəsində qol güləşi

    Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Bu həftə məktəblərdə idman həftəsi kimi qeyd olunur. İdman həftəsi çərçivəsində liseydə idman müəllimlərinin rəhbərliyi ilə qol güləşi yarışması keçirildi. Yarışda 10-11-ci siniflərin oğlan şagirdləri iştirak edirdi. Xüsusi maraqla qarşılanan yarışmaya bu siniflərdən bir çox şagird cəlb edilmişdi. Bir neçə mərhələdə keçirilən yarışda şagirdlər öz yaşıdları ilə qol gücünü sınadılar. Final mərhələsində birinci yer üzrə 10"B" sinif şagirdi Osmanov Ömər, ikinci yer üzrə 11"B" sinif şagirdi  Fətullayev Mürsəl, üçüncü yer üzrə 10"B" sinif şagirdi Əzizov Şahbaz qalib oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi