Xocalı faciəsi xüsusi dərslərdə müzakirə olundu

25.02.22 tarixində Xocalı faciəsi məktəbdə xüsusi dərslərdə də yad edildi. Keçirilən dərslərdə,şagirdlərin təqdimatında Xocalı faciəsinə həsr olunmuş şeirlər və məlumatlar təqdim olundu. Həmçinin müəllimlər tərəfindən təqdim olunan videoçarxlar və təqdimatlar daha aydın təəssürat yaradaraq həmin günün dəhşətini şagirdlərə çatdırırdı.Şagirdlərin çıxışlarında vurğulandı ki,Xocalı soyqırımı Azərbaycan tarixinə deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən dəhşətli və faciəli səhifələrdən biridir.