Xocalı faciəsinə tarixi yanaşma

9-cu sinif şagirdlərinin iştirakı ilə "Xocalı soyqırımı"-na həsr olunmuş "dəyirmi masa " keçirildi. Liseyin tarix müəllimi Səfa Allahverdiyevanın təşkilatçılığı ilə 9"C" sinif şagirdləri müxtəlif suallar ətrafında müzakirələr apardılar."Xocalı soyqırımını törətməkdə əsas məqsəd nə idi?","Nə üçün ermənilər Çingiz Mustafayevə imkan verdilər ki, erməni vəhşiliklərini çəksin? ","Erməni vəhşiliklərinin dünyaya yayılmasından ehtiyat edən daşnaklar hansı "səhvlərini" düzəltdilər?","Azərbaycan xalqı Xocalı soyqırımının tanınması üçün hansı işlər görüb?","Bir vətəndaş kimi sən Xocalı soyqırımının tanınması üçün nə etmisən?" kimi suallarla şagirdlərlə maraqlı diskussiya baş tutdu.
Şagirdlərin cavabları onların baş vermiş hadisələrə obyektiv münasibətini əks etdirdi .Şagirdlərə 26.02.2022 tarixində sosial şəbəkələrdə erməni vəhşiliklərini əks etdirən video və fotoların paylaşılması üçün təbliğat aparıldı.