Kitabxanada Xocalı faciəsinə həsr olunan dəyirmi masa

Xocalı faciəsinin il dönümü ərəfəsində həmin gecənin yad edilməsi və əhəmiyyətinin vurğulanması məqsədilə keçirilən tədbirlərdən biri də kitabxanada baş tutdu. Kitabxana müdiri və Ana dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə keçirilən dəyirmi masada liseyin 7-ci sinif şagirdləri Seyran Əhmədlinin “Uçurulmuş sədlər” əsərinin müzakirəsini apardılar. Onlar kitabdan bir neçə hissənin (“Cəbhə xatirələri”, “Xocalı xatirələri” və.s.) qarşılıqlı müzakirəsini apararaq öz fikirlərini söylədilər. Dəyirmi masada həmçinin o gecəyə həsr olunan şeirlər də səsləndirildi.