Ana dilinə həsr olunmuş bədii əsərlərin müzakirəsi

23.02.22 tarixində Ana dili aylığı çərçivəsində keçiriləcək tədbirlər silsiləsindən olan bədii əsərlərin müzakirəsi ilə bağlı kitabxanada dəyirmi masa keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi H.Gülmirənin rəhbərliyi ilə keçirilən müzakirə Cəlil Məmmədquluzadənin əsərlərinin fonunda baş tutub. Şagirdlərin aktiv iştirakı əsərlərin müzakirəsinin əhatəli keçməsinə səbəb oldu. Müzakirəyə həmçinin məktəbin psixoloqu da əsərlərə öz psixoloji yanaşması ilə qatılıb.