Ana dili Günü qeyd olundu

21 fevral Beynəlxalq Ana Dili Günündə liseydə “Ana dilimiz-mənəvi dünyamızın beşiyi” tədbiri keçirildi. Tədbir Azərbaycan dövlət himninin oxunması ilə başlandı. 5-cilərin şeir buketi ilə başlayan tədbir Ana dilinə həsr olunan müxtəlif musiqi və rəqs kompozisiyaları ilə davam etdi. Ümumilli Lider Heydər Əliyevin dilimiz haqqında olan aforizmlərinin səslənməsinin ardından söz yeddincilərə verildi. Onlar da öz şeirləri ilə günün əhəmiyyətinə diqqəti cəlb etdi.
Tədbirdə xüsusi diqqəti qəlblərə yol tapan şirin dialekt və şivələrimizdən ibarət təqdimat cəlb etdi. Bütün bunlarla yanaşı rus və ingilis dilində səsləndirilən şeirlər təqdirəlayiq idi.
Tədbirdə çıxış edən direktor Ü.İsmayılova şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Sonda o, tədbir iştirakçılarına və təşkilatçılarına öz təşəkkürünü bildirib.
![]() | YanıtlaYönlendir |