Ana dilinə həsr olunmuş guşə

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu günün əhəmiyyətini vurğulamaq məqsədi ilə liseydə fevral ayı ərzində ana dilinə həsr olunan dərslər, tədbirlər keçirilir. Ana dili guşəsi isə məktəbdə yaradılan, şagirdlərin xüsusi diqqət və marağına səbəb olan guşə oldu.
Məktəbimizin Ana dili guşəsində xüsusi fərqlənən Azərbaycan dili dəftərləri sərgilənir. Bununla yanaşı eyni mövzuya həsr olunan inşa yazı işləri də stenddə yerləşdirilib. Şagirdlərin hazırladıqları divar qəzetləri divarları bəzəyir. Fevral ayı ərzində guşədə yeniliklər davam edəcək.