Balaca rəssamın fərdi sərgisi

      Liseyin balaca rəssamı 5”C” sinif şagirdi Almaz Quliyevadır. Onun hələ 10 yaşı olmasına baxmayaraq çəkdiyi rəsmlərlə məktəbdə şagirdlər və müəllimlər arasında xüsusi şöhrəti var. Belə ki, onun rəsmlərindən ibarət xüsusi sərgi təşkil olunmuşdur.
       Rəsmə olan xüsusi maraq və bacarığı vasitəsilə müxtəlif yarışlarda iştirak edib təşəkkürnamə və sertifikatlara yiyələnməsi onun bu sahədəki gələcək uğurlarından xəbər verir. Beynəlxalq Rəssamlar Günü ilə əlaqədar olaraq 5 saylı “Asan xidmət” mərkəzinin təşəbbüsü ilə keçirilən rəsm müsabiqəsində işitirakına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif müsabiqələrində fəal iştirakına görə aldığı təşəkkürnamələr, həmçinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Biz planetin uşaqlarıyıq” adlı beynəlxalq rəsm müsabiqəsində 6-9 yaş qrupu üzrə birinci yer tutduğuna görə, “Dünyanın təbiəti” adlı beynəlxalq rəsm yarışındaki iştirakına görə təltif olunduğu diplomlar bunlardan sadəcə bir neçəsdir. Onun təhsil və rəssamlıq sahəsindəki uğurlarının davamlı olacağı şübhəsizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi