Şəhidlər xiyabanına ziyarət təşkil olundu

19 yanvar 2022-ci il tarixində məktəbin 10”A”və 10"B" sinif şagirdləri məktəbin hərbi rəhbəri Cəlal Carçıyevin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarovanın təşkilatçılığı ilə Şəhidlər xiyabanına ziyarətə getmişlər. Ziyarət zamanı müəllim və şagirdlər bu hadisələr haqqında bildikləri barədə müzakirələr apardılar, baş verən qətliam haqqında bildiklərini bir-biri ilə bölüşdülər.
Öz qərənfilləri ilə şəhid soydaşlarının məzarı üsdünə gələn şagirdlər, təkcə 20 yanvar şəhidlərini ziyarət etməklə qalmayıb, 1992-1993-cü ildə şəhid olmuş digər vətəndaşlarımızı da yad etdilər.
Alı Mustafayev, Salatın Əsgərova kimi şəxsiyyətlərin məzarı önündə öz kədərlərini gizlədə bilmədilər.