Şeir müsabiqəsi keçirildi

            19.01.2022-ci il  tarixində liseydə 20 Yanvar hadisələrinin il dönümünə həsr olunan “Vətənim Azərbaycan” adlı şeir müsabiqəsi keçirildi.Liseyin kitabxana müdiri Samirə Rzayevanın təşkilatçılığı ilə keçirilən müsabiqədə  5-9-cu sinif şagirdləri Vətən tarixinin qanlı səhifəsi hesab edilən, xalqımızın yaddaşından silinməyən, “günəşin doğmadığı gün” adlandırılan 20 Yanvar faciəsinə həsr olunan 30-dan artıq şeir səsləndirildi. Azərbaycan, rus, ingilis dillərində söylənilən şeirlər dinləyiciləri o qara günün kədərinə boğdu.

   Şeir müsabiqəsinin 1,2 və 3-cü yerləri məktəb rəhbərliyi və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən təşkil olunmuş münsiflər tərəfindən seçildi. Bu yerlərə layiq görülən şagirdlər liseyin direktoru tərəfindən diplomlarla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi