Faciənin 32-ci ildönümü şagirdlərin gözü ilə

17-19 yanvar tarixlərində məktəbin 5-11-ci sinif şagirdlərinin əl işlərindən ibarət “20 Yanvar şagirdlərin gözü ilə” adlı sərgi təşkil olunub. Onlarla rəsm nümunəsinin nümayiş olunduğu sərgi 20 Yanvar faciəsinin şagirdlərin baxış bucağından əksi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məktəbin texnologiya müəllimi Vəliyeva Şəhlanın təşkilatçılığı ilə keçirilən sərgidəki rəsmlər həmin gecənin boyalarla əksi təsiri bağışlayırdı.

Şəhidlərin xatirəsini əbədiləşdirmək, qanlı gecənin 32-ci il dönümünün yad edilməsi məqsədilə təşkil olunmuş sərgi şagird və müəllim kolllektivi tərəfindən maraq və rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi