20 Yanvar faciəsinə tarixi baxış

        17.01.2022-ci il tarixdə liseydə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirildi. "Dəyirmi masa" ətrafında liseyin direktoru və direktor müavinləri ,tarix müəllimləri və 8-9-cu sinif şagirdləri iştirak edirdilər.,Şagirdlər 20 Yanvar hadisələrini dəyərləndirmək,  digər ölkələrdəki bu kimi hadisələrlə müqayisə etmək, müasir dövrdə baş verən hadisələrlə əlaqələndirmək bacarığını müəyyən etmək üçün maraqlı diskussiya aparıldı .
  " Dəyirmi masa"da məktəbin tarix müəllimləri Quliyev Musa, Abidi Gülnarə və Allahyarova  Səfa şagirdlərin düşüncə tərzini yoxlamaq, onların baş verən hadisələrə münasibətini öyrənmək üçün suallar verdilər, eyni zamanda verilən cavablar əsasında müzakirə apardılar.
  " Dəyirmi masa"da iştirak edən məktəbin direktoru Ülviyyə İsmayılova,dərs -hissə müdiri Nurulla Zemfira və təşkilatçı müavin Afaq Nəbiyeva müzakirələri dinləməklə bərabər ,fərdi münasibət bildirməklə şagirdlərdə yeni düşüncələrin formalaşmasında əhəmiyyətli rol oynadılar.Şagirdlərin irəli sürdükləri fikirlərdə bu faciəyə gənc nəslin düşüncəsində fərqli tarixi baxışın formalaşması müşahidə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi