20 Yanvar mövzusunda xüsusi dərslər keçirilir

20 Yanvar faciəsinin 32-ci il dönümü məktəbdə keçirilən silsilə xüsusi dərslərlə də yad edildi.
1”A”,4”B”,5”B” siniflərində Zülfüqarova Aynurə, Zahirova Tahirə, Quliyev Musa müəllimin keçirdiyi dərslər bunlardan sadəcə bir neçəsidir.
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub. Müzakirələrə qoşulan şagirdlər də öz növbələrində Vətənin qan yaddaşının bir hissəsi olan bu gecə haqqında bildikləri barədə çıxışlar edib, şeirlər səsləndirmişlər.