Birincilərlə kitab müzakirəsi

1-ci siniflərdə oxu bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məktəbin 1"A" sinifində oxu müzakirəsi təşkil olunub.Kitabxana müdiri Samirə Rzayeva və 1"A"sinif rəhbəri Aynurə Zülfüqarovanın təşkilatçılığı ilə keçirilən müzakirə məktəbə yeni təqdim olunan nağıl kitabları çərçivəsində şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir. Müzakirə zamanı şagirdlərə nağıllar haqqında suallar verilmiş, onlar isə oxuduqları nağıllar haqqında fikirlərini söyləmişlər.