Həmrəylik Günü və yeni il qeyd olundu

    31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü liseydə keçirilən xüsusi dərslərdə də qeyd olunub.

    Liseyin 4"B"sinfində sinif müəllimi Zahirə Tahirovanın keçirdiyi xüsusi dərsdə məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik Gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

    Dərsdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi