"Atomun quruluş modeli "layihəsi yekunlaşdı

Liseyin kimya müəllimi Aidə Sadıqova şagirdlər arasında “Atomun quruluş modeli”adlı layihə yarışması elan etmışdir. Layihədə liseyin 7-8-ci sinif şagirdləri fəal iştirak etmiş ,müxtəlif elementlərin quruluş modellərini hazırlamışlar. Hazırladıqları atomların tətbiq sahələrini araşdıraraq əldə etdikləri məlumatlar əsasında müxtəlif elemntlərin quruluşunu öz hazırladıqları modellərdə göstərə bilmişlər.Layihə üzrə işlər tamamlandıqdan sonra şagirdlərin hazırladıqları modellər dəyərləndirilmiş və qaliblər müəyyənləşmişdir. Liseyin direktoru və layihə rəhbəri Aidə Sadıqova şagirdlərə sertifikatlar təqdim etmişlər.