"Kiçik akademiya"nın payız sessiyası

Kiçik Akademiyanın2021-2022-ci dərs ilində ilk sessiyası keçirildi. Sessiyada liseyin biologiya müəllimi Gülnarə Xəlilovanın rəhbərliyi ilə 8”D” sinif şagirdi Nuridə Cəlilova “Biyan kökünün immunitet zəifliyində istifadəsi”tarix müəllimi Səfa Allahyarovanın rəhbərliyi ilə Nurcan Sandal “Nizaminin əsərləri tarixi mənbə kimi”, dil-ədəbiyyat müəllimi Ilhama Cabbarova rəhbərliyi ilə Səbinə Şərifova “Şərqdən doğan ədəbiyyat günəşi” mövzularında araşdırmalarını təqdim etdilər. Riyad İmanverdizadə “Nizami əsərlərində coğrafi anlayışlar “ Hüseyn Əliyev “Zəngəzur dəhlizi “mövzularında çıxışetdilər.
Sessiyada ,həmçinin, kimya müəllimi Aida Sadıqovanın rəhbərliyi ilə təşkil olunan “Elementlərin atom quruluşları” tətbiqi müsabiqənin qalibləri də çıxış etdilər.
Riyad İmanverdizadə Litiyum atomunun quruluşu və Nərmin Həmidova Rubidiyum atomunun quruluşu,Gülnar Osmanlı Berillium elementinin atom quruluşu adlı layihələrini əks etdirən modellərini nümayiş etdirdilər,hazırladıqları layihə işi haqqında geniş məlumat verdilər.
SAF-2021 STEAM festivalının 3D-CAD nominasiyasında qızıl medal qazanmış İsmayıl Vəliyev və Rövşən Səlimzadə öz işlərini akademiya üzvlərinə təqdim etdilər.Sessiyanın sonunda şagirdlər liseydə STEAM klubu yaradaraq maraqlanan şagirdləri cəlb etmək qərarına gəldiklərini qeyd etdilər.